Mən gedəcəm Lyrics & Tabs by Miri Yusif
Mən gedəcəm
guitar chords lyrics
Mən həmin o itirilmiş vicdan
Mən xoşbəxtlik axtaran insan
Çox yorulmuşam bu yollardan, səhnələrdən, pərdələrdən və rollardan
Bir gün qərib ellərə köçəcəm buralardan
Hamımız möhtacıq Tanrının rəhminə
Dua et ki, düşməyək fələyin zəhminə
Ya Rəbb!
Göndər mərhəmətindən bəndələrin qəlbinə
Qoy bitməsin sevgilər, necə ki, bitdi "Zaur və Təhminə"
Gəmilər aparır bizi tənha limana
Səmalar çağırır bizi sirli cahana
"Əlvida" demədən bu qəddar zamandan mən gedəcəm
(Ölənəcən mən sevəcəm)
Gəmilər aparır bizi tənha limana
Səmalar çağırır bizi sirli cahana
(Ölənəcən mən sevəcəm)
Gəmilər aparır bizi tənha limana
Səmalar çağırır bizi sirli cahana
Bağışla, ay ata, bağışla, can anam, mən gedəcəm
(Buraları tərk edəcəm)
Mən daxili qocalmış aslan
Mən bağları saralmış bağban
Xəstə könlümdə hər an üsyan
Mən bezmişəm köksüz bitən yalanlardan, uydurulmuş qəhrəmanlardan
Hamımız möhtacıq Tanrının rəhminə
Dua et ki, düşməyək fələyin zəhminə
Ya Rəbb!
Göndər mərhəmətindən bəndələrin qəlbinə
Qoy bitməsin sevgilər, necə ki, bitdi "Zaur və Təhminə"
Gəmilər aparır bizi tənha limana
Səmalar çağırır bizi sirli cahana
"Əlvida" demədən bu qəddar zamandan mən gedəcəm
(Ölənəcən mən sevəcəm)
Gəmilər aparır bizi tənha limana
Səmalar çağırır bizi sirli cahana
Bağışla, ay ata, bağışla, can anam, mən gedəcəm
(Buraları tərk edəcəm)