14 Lyrics & Tabs by Promete
14
guitar chords lyrics
Biz nəyin axtarışındayıq görən?
Bu illər nə öyrədir və ya nələr alır bizdən?
Uşaqlıq oyunlarımız oyunlardan reala dönür
İndi həyat məcbur edir, deşik axtar qaç-gizlən!
Nə qalacaq bizdən nə izlər,
Ya da özünə qapanıb içini boşalda bilməyən sözlər?
Mən 11 ildi qələmə dostam
Və onbir ildi boşdur poçtam
Yazıram cavab gəlmir
Mən axtarışdayam
Hə qarışda onu tapacağımdan əmin idim
Amma yaş keçdikcə ümidim itir
Labirintlər ortasındayam sözüm iti gündən gunə faydası nə
Öyrədin qaydasını
Bəlkə həyat adlanan komediyada mən də rol aldım
Labirintlər ortasındayam sözüm iti gündən gunə faydası nə
Öyrədin qaydasını
Bəlkə həyat adlanan komediyada mən də rol aldım
(Nəqarət: PRoMete)
Qaçacam özümdən də
Gizlənəcəm o ağacın kolgəsində
O ağacı özüm əkmişəm
Ya da çəkmişəm
Sonra silmişəm
Siz həyatı ciddiyə aldıqca
Mən oyun bilmişəm
İkiləşmişəm
Bir tərəfim bağçaya gedəndə
Bir tərəfim gedib işə
Mən ən çox özümə gülmüşəm
PRoMete)
İllərin qazandırdığı qırışlardır
Başqa heç nə
Olmur bu zolağları
Qırışlarsız keçmək
Hər dəfə çətinliyə düşdükcə fikirləşirsən köçmək
Amma nə dəyişəcək ki bu köçlə
Qaça biləcəksənmi əsas köçdən
Həyat çapar biz köhlən
Gündən günə köhnəl və köhnəl
Qədir ağacının meyvəsini yeyir kimlər ki
Sən də ümid edirsən
Yenə nə yığışmısan
Sən yenə hara gedirsən?
(Nəqarət: PRoMete)
Qaçacam özümdən də
Gizlənəcəm o ağacın kolgəsində
O ağacı özüm əkmişəm
Ya da çəkmişəm
Sonra silmişəm
Siz həyatı ciddiyə aldıqca
Mən oyun bilmişəm
İkiləşmişəm
Bir tərəfim bağçaya gedəndə
Bir tərəfim gedib işə
Mən ən çox özümə gülmüşəm