Verdiyim Sözlər Lyrics & Tabs by Orxan Zeynallı

Verdiyim Sözlər

guitar chords lyrics

Orxan Zeynallı

Album : Yaş GəlirPlayStop

Mən söz vermişdim bir gün böyüyəcəm Hamı kimi olub hamıdan da seçiləcəm İki uşaq atası, sevimli ər olacam Evdə axşam, işdə hər səhər olacam Məktəbimi bitirəcəm hamısı "beş"lə İnstituta gedəcəm altımda "X5"lə Tələbə həyatı, dost tanış hər dəfə Həftədə bir dəfə gələcəm gec evə Beləcə həyatım keçəcəy plana uyğun Dərdsiz, problemsiz, ama durğun Yaxşı iş, əsl kişilərə uyğun Anam deyirdi vaxt gələr ki, eşidərəm uğurun Buna doğru gedirdi hər şey, dörd sinif əlaçı Yolu açıq bu uşağın həmişə Cəmiyyətə qoşulub gedim normal həyat yolunu Və məni incitməz heç vaxt həyat oyunu Verdiyim sözlərin arasından Tutmuşam tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı Verdiyim sözlərin arasından Seçmişəm tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı İllər keçdi, zərbələr gəldi dalbadal Yollarımı dəyişdim hədəfimə çatmadan Bir insan kimi, yaşamağ istədim Amma həyat itələdi həqiqətə varmadan Yüksək balla qəbul oldum, amma nə fayda Müəllimlər rüşvət istəyirsə əgər hər ayda Kimsə gəlir dərsə şoferiylə, mən metroyla Ədalət oyuncaq imiş, əlivə götür oyna Dərsdən çıxıb işə gedirdim, işdən isə studya Tanışım yoxsa deməli yaxşı peşə bir illüziya Sevgili tapmaqla problem tapmaq eynidi Smslər bahalı hədiyyənin yerini vermirdi Xoşbəxtlik sevmirdi varlı olmayanları Həyat sevirdi ancaq bu həyatdan doymayanları Cəmiyyət tapdaladı normal həyat yolunu Və məni sildi hesabdan bu həyat oyunu Verdiyim sözlərin arasından Tutmuşam tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı Verdiyim sözlərin arasından Seçmişəm tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı Yaxşı ki, normal həyatdan uzaqda doğulmuşam Qaydalarımı başqası yox, mən qoymuşam Cəmiyyətdən bir addım qıraq, ya arxa, ya qabaq Keçdi vaxt, indi bax, Orxan yox Aid olmuşam Yaxşı ki, doğulmamışam milyoner ailəsində Alın təriylə nəyisə qazanmaq nədir bilməzdim Yaxşı ki, böyüməmişəm ciddilərin çevrəsində Gecə maraqçün qəbirstanlığa gedə bilməzdim Universitetə əgər getsəydim şoferimlə Metronun qabağında o qızı o gün görməyəcəydim Ərköyün böyüyüb, yıxılmaq nədi bilməsəydim Qalmağın çətin, amma zövqlü olduğunu bilməyəcəydim Qalstuk taxıb əgər ciddi işdə işləsəydim Kapüşon taxıb konsert vermək nədi bilməyəcəkdim Cəmiyyətə qoşulub getsəydim normal həyat yolunu Mənim xeyrimə bitməzdi onda həyat oyunu Verdiyim sözlərin arasından Tutmuşam tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı Verdiyim sözlərin arasından Seçmişəm tək azad olmağı Yalançı gözlərin arasından Həyat öyrətdi mənə uzaq olmağı


Like us on Facebook.....
-> Loading Time :0.0060 sec