Soyuq Ulduzlar Lyrics & Tabs by Qaraqan

Soyuq Ulduzlar

guitar chords lyrics

Qaraqan

Album : Compilation rap PlayStop

Göydə Allahdan başqa nə var?! Bombalar tökən təyyarələr
Mən toxundum o körpənin gözyaşlarına və istisi buz qəlblər əridər
Yerdə padşahlar olur Allah. Mən nifrətimi boğuram içimdə

Deyirlər çıxıb təp-təzə qandallar, gözə görünməz, zərif və incə
Bizi tulluyublar atalar, analar. Yol göstərmədən nədi səhv nədi düz
Bizə deyiblər ki, var yüz faiz bumbuz qarların sonunda günəş və yaz
Yaz qələm, bu bəyaz kağızı külə döndər, bağlayıb məktubda gülə döndər
Biz inanmırıq savablar xilas edər? ay Allah savablarımızı pula döndər
Avtomagistrallar, meqapolis sərt. Qanunların övladları qaranlıq
Bizə yüz rəngarəng işıqdan gözəl. Biz arzularını unutmuş adamlar
Biz vicdanı Brioni-ə satanlar. Biz sevirik sərxoş, isti bədənlər
Biz axtarırıq fərqli qucaqlarda ailə, dəyişirik yeni yeni yeni vətənlər
Və hərdəfə qayıdıb eyni nöqtəyə, radio xışıltısı qədər dəyərsiz sözlər
Məni kövrəldir bəzi köhnə filmlər, məni qızdırır bir neçə doğma gözlər
Mən artıq olmuşam anlaşılmaz qida, ilham pərisi digər yazanlar üçün

Əməllərimi anlamır hətta mələklər, günah-savab dəftərlərim qaralamalara çevrilib
Qal yanımda, tut əlimdən
Sənə göstərəcəm ulduzlar, boş səmada təyyarələr
Qaranlıq orbitdə peyklər, kosmik toz, kainatlar
Metoridlər, planetlər, orda kraterlər, qayalar
Amma sənə yalvarıram dost yalvarıram soruşma...
Qal yanımda, tut əlimdən
Sənə göstərəcəm ulduzlar, boş səmada təyyarələr
Qaranlıq orbitdə peyklər, kosmik toz, kainatlar
Metoridlər, planetlər, orda kraterlər, qayalar
Amma sənə yalvarıram dost yalvarıram soruşma bəs Allah hanı?!
Tanrısız səmalar necə qaranlıq biz küçəyə atılmış körpələr tək
Soyuq ulduzlarla dolu kainat və canlı olan kiçik bir nöqtə
Yazılır şeirlər, çəkilir ağrılar. Bəziyir misraları illər
Və soyuq mərmər altında doğmalar, bilmir nə vaxt gətiririk onlara güllər
Anacan mən öyrənmişəm yalanı, atacan deyəcəmki inanıram
Mənim üzümdə saxta bir təbəssüm, mənim ürəyimi parçalar ağrılar
Deyirlər başqa şəhərlərdə axtar, deyirlər tələs, vaxt azalır, artır yaş
Qaçmaq lazımdı buralardan ancaq, gələcək sənin hara gedsən güclü yaddaş
Musiqi bizim gizləndiyimiz bunker, həyat həqiqətlərinə qarşı dərman
Şeirlər sanki güclü ağrıkəsici, tanrısı bilinməyən səmimi dualar
Qadınlar - bizim inandığımız yalan, ehtiras - yeganə şanskı dayansız zaman
Səmalar doludur minlərlə işıqla, milyon il əvvəl sönmüş ulduzlardan qalan
Qal yanımda, tut əlimdən
Sənə göstərəcəm ulduzlar, boş səmada təyyarələr
Qaranlıq orbitdə peyklər, kosmik toz, kainatlar
Metoridlər, planetlər, orda kraterlər, qayalar
Amma sənə yalvarıram dost yalvarıram soruşma...
Qal yanımda, tut əlimdən
Sənə göstərəcəm ulduzlar, boş səmada təyyarələr
Qaranlıq orbitdə peyklər, kosmik toz, kainatlar
Metoridlər, planetlər, orda kraterlər, qayalar
Amma sənə yalvarıram dost yalvarıram soruşma bəs Allah hanı?!

Like us on Facebook.....
-> Loading Time :0.0084 sec