Sən Yoxsan Lyrics & Tabs by Qaraqan

Sən Yoxsan

guitar chords lyrics

Qaraqan

Album : Compilation rap PlayStop

Sən yoxsan
Qaranlıqda axtardım səni mən tapmadım.
Açıq pəncərədən şəhər necədə gözəldi

Ağladım yadıma saldım olanları
Və düşündükcə içimə getdim qapını bağla sus
Sən yoxsan.
Çatlaq ömrün divarlarını bürüdük ağ kağızla
Gizlətdik palçıqlı kərpicləri.
Əhatə dairəsindən xaricdə mənim ürəyim
Söndürülüb, bəsdi zəng elədiz bezdirdiz!
Sən yoxsan.
Vərəqlərim qalıb boş
Mənim həyatım qalıb boş
Hədəflərim artıq yox
Mən indi daş heykələm.

Mənim həyatım qalıb boş
Hədəflərim artıq yox
Mən indi daş heykələm.
İnsanların içində mənə baxıb gülürlər
Onlar bilmirlər ki tənhayam mən sənsizəm mən.
Sən yoxsan.
Kimə danışım fikirlərimi?
Axı biz seçilmişdik hər kəsdən
Ayrıydıq, gizlənirdik.
Biz yaratmışdıq yeni bir dünya çiçəklənirdi.
Yaz gəlirdi sevinirdik, inanırdıq, gözlüyürdük.
Sən yoxsan
Ən çox lazım olan anda sən yoxsan
Sənsiz azadlıq da zindan sən yoxsan
Sən yoxsan.
Mənim təkliyim, yaralarım, dərdlərim, gecələrim
Yoxsan
Ən çox lazım olan anda sən yoxsan
Sənsiz azadlıq da zindan sən yoxsan
Sən yoxsan.
Mənim təkliyim, yaralarım, dərdlərim, gecələrim
Yoxsan
Ən çox lazım olan anda sən yoxsan
Yaddaşım səni basdırmır hələ ki sağsan
Bacarmıram, Gizlətmirəm, Utanmıram
Peşman deyiləm ettiylərimə ama sən peşmansan.
Amma yoxsan.
Sənsiz keçən hər gecəm mənim
Bakı dəyişib, dəyişib insanlar, mənim hislərim
Dəyişib dəmiryolundakı qatarlar ama ki yollar eyni
Dəyişib əvvəllər və ortalar ama ki sonlar eyni!
Dəyişib geyimlər və bəzəklər, dəyişib mahnılar
Dəyişib insanlar və hədəflər, dəyişib arzular.
Dəyişib hər şey həyatımda özümdən başqa
Yoxdu köməy yoxdu əlac bircə dözümdən başqa
Sən yoxsan.
Bu gün sənin yoxluğunla bir az barışmışdım.
Bir az öyrəşmişdim, sənsizliyimə alışmışdım.
Qarışmışdı gündüzlər gecələrlə
Yorğun ayağlarım ayağyalın boz küçələrlə.
Yoxsan.
Ən çox lazım olan anda sən yoxsan
Sənsiz azadlıqda zindan sən yoxsan
Sən yoxsan.
Mənim təkliyim, yaralarım, dərdlərim, gecələrim
Yoxsan.
Ən çox lazım olan anda sən yoxsan
Sənsiz azadlıqda zindan sən yoxsan
Sən yoxsan.
Mənim təkliyim, yaralarım, dərdlərim, gecələrim
Bir neçə saat səni mən axtardım, bütün siyirtmələrə baxdım
Bütün otaqları gəzdim, tükəndi səbrim.
Və dəftərimi bağladım diyəsən yazmıyacam bu gün heçnə
Axı səni tapa bilmədim mən.
Səhifələr necə də boşdu.
Ürəy doldu, daşdı
Düşdü pəncərədən ay ışığı otağa nur bulaşdı.
Razılaşdı tərsliyim. yoxlunla yoruldum
İtmisən sən hər yeri axtardım
Sonra gördüm qələmim əlimdəsən.

Like us on Facebook.....
-> Loading Time :0.0096 sec