Qar Lyrics & Tabs by Qaraqan

Qar

guitar chords lyrics

Qaraqan

Album : Qısa Qapanma rap PlayStop

Qar yağır...
Yorğun gözlərimdə keçmiş günlərin arxivi
Dam bacaları tüstülü. İnsanlardan qaçmaq

Elə bu qarlı qış günü.
Məni gizlət doğmalardan, onlar ən çox sevgimi gəmirənlərdi
Məni gizlət hər kəsdən, məni ən az axtarnlar itirənlərdi
Qar yağır... Aç pəncərəni qoy bu şaxta ciyərləri isitsin
Çiy kərpicdən tikilmiş bu qəlbim, qəlbimin hissini diriltsin
Ya da Kiev, bir tərəfli qatarla uzaqlar... Həmin uzaqlar...
Yenə düşmənlər, iti gülüşlər, ama qucaqla, yenə qucaqla
Yenə sevgi filmlərinə baxmaq sənsiz, Necə soyuq sənsiz
Necə boşdu mənsiz gündəliyin sənin. Soyunub budaqlar
Yenə uşaqlar, baxçalarda qartopu. Bu şirin səsküydə yox olaydım
Kaş mən də bu qar dənələri kimi kiçiy olsam belə çox olaydım
Tək qalmaqdansa...

Qar yağır... Sonsuz yollarımıza bəyaz mirvari ümidlər.
Yenə qar yağır... Niyə göz yaşlarını sevdim daha çox gülüşündən?
Yenə qar yağır... Bəlkə göylərdəkilərin ayağ altındakı tozudu bu?
Yenə qar yağır... Buz dodaqlar qaldı yaddaşımda son öpüşdən...

Like us on Facebook.....
-> Loading Time :0.0056 sec