Qan və Qum Lyrics & Tabs by Qaraqan
Qan və Qum
guitar chords lyrics
Görəsən necə dadar qanla qum?
Həyatın pərdə arxasında kimlər unudulub?
Yum, don, qal, ört gözlərini, nəfəs alma
Sən sadəcə bir oyuncaq, sən sadəcə bir fiqur
Qəribə quruluşlar, bu düyümlənmiş hislər
Mən hər il böyüdükcə qul olduğumu başa düşürəm
Sən hər il həyat qanunlarına daha çox öyrəşirsən
Deyəsən dişliyiblər səni, sən vampirləşirsən
Günəşin çadrası qaranlığımı qətiləşdir!
Şeytanın bicliyində arzularım gerçəkləşdi.
Şeytanın rahibələrə danışdığı nağıllardan,
Ehtiras qələmimdə tənhalığım itiləşdi!
Mən sanki yazıçısı ölmüş yarımçıq poema,
Mən sanki daşlanmağa məhkum ölümcül arena,
Mənim ovcumda qan izlərini yalıyır baxışlarım
Mən sanki yazıçısı ölmüş yarımçıq poema,
Mən sanki daşlanmağa məhkum ölümcül arena,
Mənim ovcumda qan izlərini yalıyır baxışlarım
Ən müqəddəs günahım oo Mariyya Magdalena
Məni çarmıxa çəkin!
Dar ağacından asın!
Bağlıyın dəmir yoluna, boğun, damarlarımı kəsin!
Dərimi soyun mənim! Göndərin sürgünlərə!
Siz ancaq öldürəndən sonra qiymət verirsiz, hə?!
Həqiqət axtarışlarında günahlara batdım!
Sevgisi uğrunda uçur alova pərvanələr!
Məni çarmıxa çəkin!
Dar ağacından asın!
Ancaq bu cür yaranır qəhrəmanlar, əfsanələr!
Görəsən necə dadar qanla qum?
Həyatın pərdə arxasında kimlər unudulub?
Uşağ arzusu qədər təmiz gözlərinə baxdım
Onların dərinliklərində mən özümü tapdım
Dört divar fəlsəfəsi, köhnə qramafonda retro
Keçmişin trayektoriyasında nə qədər əyri vektor
Piyada addımların sonsuzluğuna qarışdıqca
Həyat düzəlmir, sadəcə düz görünür alışdıqca
Elə bil səhv gamma obyektivdə nifokus
Taleyin dostlarından gəldi dar günümdə korpus
Bu nə Garsiya Markez, nə yüzillik tənhalıq
Sadəcə baş verənlər tanış süjeti xatırladır
Saatın əqrəbləri sancır zaman zəhəriynən
Nəyi çatdırmaq istiyir Allah öz əsəriynən
Mən kiməm lənətlənmiş? Ya müqəddəs insan?
Şeytan baxışlı mələk? Mələk qanadlı şeytan?
Məni çarmıxa çəkin!
Dar ağacından asın!
Bağlıyın dəmir yoluna, boğun, damarlarımı kəsin!
Dərimi soyun mənim! Göndərin sürgünlərə!
Siz ancaq öldürəndən sonra qiymət verirsiz, hə?!
Həqiqət axtarışlarında günahlara batdım!
Sevgisi uğrunda uçur alova pərvanələr!
Məni çarmıxa çəkin!
Dar ağacından asın!
Ancaq bu cür yaranır qəhrəmanlar, əfsanələr!
Görəsən necə dadar qanla qum?.