Praqa Lyrics & Tabs by Qaraqan

Praqa

guitar chords lyrics

Qaraqan

Album : Compilation rap PlayStop

Gəl uçaq avropanın içinə harasa Praqaya
Ya da Parij bizi parfumla qucaqlasın
Yaşıya bilmirdik biz insanların arasında

Orda var kolizey. Romada gəzəy ayaqyalın
Uçurdaq çəlpənəkləri hilton otelinin damından
Tullayaq paspotru Venesiyada axan çaylara
Ya uçaq kosmosa orda olaq kosmik toz
Ya kiçin asteroid, ürək formalı kameta
Sən gizlən Tibetdə axtarışa çıxım Floridadan
Səni mənə sürpriz elədi həyasız Kaliforniya
Mən yenə də qayıdardım səni itirdiyim günlərə
Hər dəfə səni görəndə necə keçirdirdim fobiya
Mənim həmişə zəhləm gedib yarımçıq romanlardan
Bəlkə sevgi əbədi, bəlkə ayrılıq insanlardı
Və böyük xoşbəxtlik üçün lazımdı böyük pullar

Mənim həmişə zəhləm gedib yarımçıq romanlardan
Bəlkə sevgi əbədi, bəlkə ayrılıq insanlardı
Və böyük xoşbəxtlik üçün lazımdı böyük pullar
Lazım olarsa gedib bank yararıq ermənistanda
Təki sən mənlə ol!
Səni axtarır mənim gözlərim,
Ama qarşımı tutub dənizlər, limanlar
Sən çox uzaq, mən çox uzaq, sən çox uzaq.
Sənin qaranlıq gözlərin, xəyallarımda, yuxularımda
Axı biz bu qədər fərqli insanlar
Ona görə də sevgimiz belə qəribədi.
Sən mənim cavab verməli olduğum ən çətin sualsan
Mən sənin bütün suallarına ən dəhşətli cavab
Əlimdən bərk yapış.Heç qorxma yıxılmazsan
Mənə güvən çiyinlərimdə çox möhkəm qanad
Biz sanki poniyaklayb sevgimiz təhlükəli
Ülgüc üstündə tango, rəqsimiz davam etsin
Dayanmasın orkestr maestro bir də başdan!
Zəhmət olmasa, porfavor, mersi, qrasyas
Sənin qızıl saçlarınla oynuyurdu küləy
Mən isə qısqanırdım dodaqlarına yağan qara
Və bir gün tutub əlindən sənə desəm gedək
Mən yüz faiz bilirəm ki soruşmayacaqsan hara?
Qaçırdıb evdəkilərdən səni bir gün uzağa
Neapol yada Madrid ya yenə də Kaliforniya
Zümrüd gözlərdən oxudum sənin içində sevgi
Sən razısan mənimlə getməyə lap daxmaya da
Təki mən sənlə olum!
Səni axtarır mənim gözlərim,
Ama qarşımı tutub dənizlər, limanlar
Sən çox uzaq, mən çox uzaq, sən çox uzaq.
Sənin qaranlıq gözlərin, xəyallarımda, yuxularımda
Axı biz bu qədər fərqli insanlar
Ona görə də sevgimiz belə qəribədi
Səni axtarır mənim gözlərim,
Ama qarşımı tutub dənizlər, limanlar
Sən çox uzaq, mən çox uzaq, sən çox uzaq.
Sənin qaranlıq gözlərin, xəyallarımda, yuxularımda
Axı biz bu qədər fərqli insanlar
Ona görə də sevgimiz belə qəribədi
Səni axtarır mənim gözlərim,
Ama qarşımı tutub dənizlər, limanlar
Sən çox uzaq, mən çox uzaq, sən çox uzaq.

Like us on Facebook.....
-> Loading Time :0.0112 sec