Mən və Sən Lyrics & Tabs by Qaraqan

Mən və Sən

guitar chords lyrics

Qaraqan

Album : Compilation rap PlayStop

Gözlərin iki okean, Göz yaşların aysberq
Mən içində kiçik balıq, hələ bitməmiş bir roman, povest
Hələ başlaya bilməmiş bir nağıl

Yenə yaralıdı qanadlar, uça bilmirəm
Sənsiz necə yorulub ayaqlar, qaça bilmirəm
Səndən məni bağışla, tərk et! Tez get!
Sevgim qaralama dəftəri
Sən yaralarıma dərman, zamandan yaxşı
Qəlbim qorxaq uşaq, kim deyir acı həqiqət şirin yalandan yaxşı
Bakının boz küçələri
Sentyabr, bir az külək, arabir yağış
Bəlkə öləcək sevgimiz, ama qoy hələ yaşasın mahnımız
Bütün arzularımıza da buz
Nə qalar məndən sənə iz
Bir ürək, bir alov, bir köz

Bütün arzularımıza da buz
Nə qalar məndən sənə iz
Bir ürək, bir alov, bir köz
Bir az döz, bir az döz
Yaz bir məktub ya da bir söz
Bir soyuq baxış ya da hiss
Artıq mən və sən deyil biz
Sən mənsiz, mən sənsiz
Gecə gündüzə qarışıb, sən yoxsan
Otaq boşdu, zəng gəlmir
Buz döşəmələr, pəncərəm pərdəli
Sənin incə əllərin
Sənin incə əllərin məni isidərdi
Kobud qollarım səni qoruyardı
Şirin sözlərin məni yaşadardı
Keçmişə bir günlük qayıdardım
Mən qayıdardım
Dəyişərdim, Tanımazdım
Kaş mənim həyatımda heç olmazdın
Kaş ləpələr sahilə gəlməzdi
Kaş sahil dənizini sevməzdi
Onda dalğalar da geri dönməzdi
Bala balığlar quruda ölməzdi
Qələm əllərimdə kül olsada gülmürəm
Sənsiz ölərəm deyirdim ama ölmürəm
Bütün arzularımıza da buz
Nə qalar məndən sənə iz
Bir ürək, bir alov, bir köz
Bir az döz, bir az döz
Yaz bir məktub ya da bir söz
Bir soyuq baxış ya da hiss
Artıq mən və sən deyil biz
Sən mənsiz, mən sənsiz
Dəli küləklər son məktubunu əlimdən aldı
Yenə tək qaldım, Yenə sənsiz həyatım olub mənə zindan
Yenə sən, Yenə qan, Yenə Qaraqan
Yenə əlində parçalanır ümid
Yenə dənizimə büründü dumanlar
Yenə yalanlar yenə yalanlar
Dəli küləklər, bizim içimizə son bahar gələcək
Yenə töküləcək yarpağı sevginin
Yenə yağacaq yağışlar qarışıb göz yaşına
Sevmirəm, sevmirəm
Necə qorxuram sevdiyimi deməkdən
Aman Allah, bilmirəm, bilmirəm səni niyə belə sevirəm
Sevirəm mən sevirəm
Bütün arzularımıza da buz
Nə qalar məndən sənə iz
Bir ürək, bir alov, bir köz
Bir az döz, bir az döz
Yaz bir məktub ya da bir söz
Bir soyuq baxış ya da hiss
Artıq mən və sən deyil biz
Sən mənsiz, mən sənsiz

Like us on Facebook.....
-> Loading Time :0.0079 sec