Mələk Lyrics & Tabs by Qaraqan

Mələk

guitar chords lyrics

Qaraqan

Album : Leykemiya rap PlayStop

Sözlər və qış, gözlər və yaş
Təhqir, alqış, biz düşmən
Və yaz, qələmi ağlat və qaç

Öldür və sev, sənsiz dözməz
Sənsən ailə və ev
Qaytarma, seç artıq, ayrılmaq gec
Ola bilmir doğma, silə bilmirsən heç
Hisslər sönür artıq, bax
Bütün hisslərdə buz
Kimdir axı o?! Sadəcə sıradan qız
Ama baxışları dəli eləyir məni
Onun qolları əbədi qəfəsim
Məni öldür, ya götür bu dərdləri
Bu mu sevgi?! Mən tanımıram hissləri
Sözlərmi sərt, yoxsa hisslərdə sədd?

Məni öldür, ya götür bu dərdləri
Bu mu sevgi?! Mən tanımıram hissləri
Sözlərmi sərt, yoxsa hisslərdə sədd?
Mən səndə artıq qoymayacam sərhəd
Dumanlar dəyişir şəhəri tanınmaz halətiylə
Küləklər rəqs edir hisslərimizin hərarətiylə
Ürəklər dözə bilərmi, de, dillər susa bilərmi?!
Mələklər yaralı qanadı çırpıb uça bilərmi?!
Günlərlə qəm, mən sənsiz kiməm?!
Sənə yazdığım sətirlərdə tapdım vətən
Sən burda özgə, mən sənsiz kölgə
Mən sənsiz buz baxışlı, daş bir heykəl
Çıxart dərini, mənə çılpaq ruhunu göstər
Məni məhv edir bu uzun səssizlik
Məni yandır, buz ürəyimə ver isti
Artıq nifrət eləsən də mənə bəsdi
Təki yanımda qal, mən olum təslim
Bu otaqlarda yox artıq divarlar
Acı xatirələr ürəyə toz bağlar
Baxışlar qalır, uzaqlaşır ayaqlar
Ruhlar qucaqlaşır, uzaqlaşır ayaqlar
Pərdələri aç, təkcə çılpaq həqiqət
Aramızda yox artıq sərhəd
Dumanlar dəyişir şəhəri tanınmaz halətiylə
Küləklər rəqs edir hisslərimizin hərarətiylə
Ürəklər dözə bilərmi, de, dillər susa bilərmi?!
Mələklər yaralı qanadı çırpıb uça bilərmi?!
Dumanlar dəyişir şəhəri tanınmaz halətiylə
Küləklər rəqs edir hisslərimizin hərarətiylə
Ürəklər dözə bilərmi, de, dillər susa bilərmi?!
Mələklər yaralı qanadı çırpıb uça bilərmi?!

Like us on Facebook.....
-> Loading Time :0.0049 sec