Külək Dəyirmanları Lyrics & Tabs by Qaraqan

Külək Dəyirmanları

guitar chords lyrics

Qaraqan

Album : Külək Dəyirmanları rap PlayStop

İllər alır əlimizdən ən yaxın dostları
Çevrilib görəndə oların tələlərin torların.
Ən yaxın adamlar sancanda belinə qardaş bıçağı

Onların vicdanı itib altında tozların.
İzləri silir dəniz sahilindən, saatlar,
Zaman acgöz bir məxluq hər kəsi yeyib rahatlar
Mənasız söhbətlər və aşağılayan zarafatlar.
Çevirir içiboş dayaz şüşəyə onların gözlərin
İllər alır əlimizdən ən təmiz qızları
İllər dəyişir onları dəyişir bizləri
Və uzun vaxtdı Tanrı qarşısında çökmür
Artıq sağalıb yarası dizlərin və artır yarası qəlbin.
Yarasa qəlbli və çaqqal ruhlu insanlar şəhəri
Bakı torpağından yığır bütün ilanlar zəhəri
Və bu qədər ədalətsiz bir dünyada birdən

Yarasa qəlbli və çaqqal ruhlu insanlar şəhəri
Bakı torpağından yığır bütün ilanlar zəhəri
Və bu qədər ədalətsiz bir dünyada birdən
Görürsən ən yaxınlar səni çirkli pula dəyişir
Mən, qılıncım qələm, qalxanım kağız - küləy dəyirmanına qarşı
Mən bəlkə də dəli, çünki bu döyüş bitməyəcəy nə qədər dünya fırlanır.
Qılıncım qələm, qalxanım kağız,
Və bilirəm xeyri yo-ho-ox
Bu döyüşün əvvəli sonu yo-oh-ox, Ohhoo! Ohhoo!
Mənim etiraf otağım - səsyazma studiyası, mikrafon
Tanrıyla ən səmimi ünsiyyətim bu aqressiv flou
Ay Allah, bəlkə də bu hələ başlanğıcdı? Bilmirəm!
Bəlkə də həppi endlə bitəcəy sonunda kino.
Arlekino, biz marionet oyuncaq, iplər, saplar
Maaş, ailə, kredit, faiz, iş vaxtımız, hesablar
Bizi idarə edir bu kapitalizm
Bəlkə ondan almalıyıq intiqam insanlardan yox günahkar
Yeni maska və üzlər altında da var yüz cür astar
Bu maskaradda taxılır üzlər üzə altı maska
Mən isə bu məclisdə səhnədəyəm bir sifətlə
Elə budur təhlükə! Elə budur ən qanlı üsyan!
Burulğan tək həqiqət xəstəliyi yayılır şəhərə
Belə getsə bir yalançı əclaf qalmaz səhərə
İşıq nə qədər təkdi söndürün, qoymayın yayılsın.
Bir neçə şam belə ölümcül silah və qələbə zülmətə.
Mən, qılıncım qələm, qalxanım kağız - küləy dəyirmanına qarşı
Mən bəlkə də dəli, çünki bu döyüş bitməyəcəy nə qədər dünya fırlanır.
Qılıncım qələm, qalxanım kağız,
Və bilirəm xeyri yo-ho-ox
Bu döyüşün əvvəli sonu yo-oh-ox, Ohhoo! Ohhoo!
Mən bilirdim ki, yolun sonuna qalacam artıq tək,
Və qalxa biləcəy ən hündür dağlara üç-dörd adam
Mən qürur duyuram çiyin-çiyinə ruhu bərk əsgərlər
Hansımız yıxılsaq da olacaq qaldıran, dartan
Bu qarlı və tufanlı sıldırımlar arasında
Biz qalxırıq ən hündür nöqtəyə son damla qanla
Və artıq qalxıb duranda ən hündür zirvədə
Görürük bura yamacdı və yuxarıda yüzlərlə dağlar
Mən, qılıncım qələm, qalxanım kağız - küləy dəyirmanına qarşı
Mən bəlkə də dəli, çünki bu döyüş bitməyəcəy nə qədər dünya fırlanır.
Qılıncım qələm, qalxanım kağız,
Və bilirəm xeyri yo-ho-ox
Bu döyüşün əvvəli sonu yo-oh-ox, Ohhoo! Ohhoo!

Like us on Facebook.....
-> Loading Time :0.0070 sec