Güzgü Lyrics & Tabs by Qaraqan

Güzgü

guitar chords lyrics

Qaraqan

Album : Güzgü rap PlayStop

"Güzgüdəki adamla səmimi ol!" dedi içimdən gələn səs
İllər sonra ilk dəfə gözlərimə baxdım
Ya çox möhkəmdi taxtın, ya da gətirir bəxtim

Bu qədər il keçib, amma ilk dinləyicim məni atmır
Qızıl suyuna çəkilmiş salamlar şəhərindən
Qız Qalası altında zorlananlar şəhərindən
Mən nə qədər yazdım yağışdan, sevgidən utanmadım
Gizlədib içimi yeyən sətirləri qələmimdən
Güzgüdəki adamla səmimi ol!
Dedim xalqa -Birləşək. Dedilər -Sən Nəsimi ol!
Sənin edam gününə yığışarıq, ağlıyarıq, gətirərik qərənfil
Sonra daşdan düzəldib səni, altına yazarıq "Dahi"
Güzgüdəki adamla səmimi oldum, bu oyun başladı və bitdi mənlə, bitdi show
Durmuşam güzgüdəki adamla üzbəüz və artıq əminəm
Mənə pencəkdə daha rahatdı, amma yaraşır kapüşon

Güzgüdəki adamla səmimi oldum, bu oyun başladı və bitdi mənlə, bitdi show
Durmuşam güzgüdəki adamla üzbəüz və artıq əminəm
Mənə pencəkdə daha rahatdı, amma yaraşır kapüşon
Onu danışdırma! O indi öz dünyasında
Çırpılır qanadlar, o uçacaq buralardan
Bütün bu mahnılar, misralar yuxudan oyatmaq üçün, axı o qəhrəmandı... Yox!
Onu danışdırma! O indi öz dünyasında
Çırpılır qanadlar, o uçacaq buralardan
Bütün bu mahnılar, misralar yuxudan oyatmaq üçün... Yox!
Məni çağırdılar "Allahsız" və dedilər "Peyğəmbər"
Xalqın gözündən salmaq üçün uydurub yüz cür şayiə
Və düşmən səngərinə keçdi ən yaxın əsgərlər
"Leykemiya" albom deyildi, dərin yaralarıma çarə
Mənim üçün darıxırdı qələm,
Qələmim üçün mikrofon,
Mikrafon üçün səhnə, səhnə üçün darıxırdı millət
Mən danışırdım yalanlar, qışqırırdı:
"İnanmıyın! İnanmıyın!" içimdəki zindandan dəli həqiqət
Çəkilmiş çarmıxa və sürgün olunmuş qəhrəman
Mən bilirəm nədi bir qurtum suyun dəyəri səhrəda
Qəlbinə kimi çirklə dolu cəmiyyət görmür heçnə
Məni satın almaq istədilər, amma qiymətim gəldi baha
Güzgüdəki adamla səmimi ol!
O tanıyır səni uşaqlığından və bilir nə var içində
Qəzəblə doludu içim, doludu kinlə, dolu yarayla
Qanla qəlbim, ruhum əbədi döyüşlərdə mələklər, cinlər
Onu danışdırma! O indi öz dünyasında
Çırpılır qanadlar, o uçacaq buralardan
Bütün mahnılar, misralar mənasız,
Güya o qəhrəmandı, deməli özünü məhv edəcək xalq üçün
Onu danışdırma! O indi öz dünyasında
Çırpılır qanadlar, o uçacaq buralardan
Bütün mahnılar, misralar yuxudan oyatmaq üçün,
Axı o qəhrəmandı, güya o qəhrəmandı
Mən qayıdıram evə. Anacan, soruşma "Hardan?"
Necə getmişdim, elə gəlirəm, dəyişmiyib heçnə
Hansı qan, hansı yaralar? Bunlar sadəcə cızıq
Əl vurma, narahat olma, boş verək, sağalar keçər
Mən qayıdıram evə və gətirdim bir həqiqət
İstər, bağır dünyaya, istər, sus hər kəsdən gizlət
Uzun çəkdi bu həsrət, itirilmiş vaxt üçün üzgünəm
Amma yavaş-yavaş başlayıram özümü görməyə güzgüdə
Onu danışdırma! O indi öz dünyasında
Çırpılır qanadlar, o uçacaq buralardan
Bütün mahnılar, misralar yuxudan oyatmaq üçün
Axı o qəhrəmandı, deməli özünü məhv edəcək xalq üçün
Onu danışdırma! O indi öz dünyasında
Çırpılır qanadlar, o uçacaq buralardan
Bütün mahnılar, misralar yuxudan oyatmaq üçün,
Axı o qəhrəmandı, deməli özünü məhv edəcək xalq üçün

Like us on Facebook.....
-> Loading Time :0.0054 sec