Doğma Mahnılar Lyrics & Tabs by Orxan Zeynallı

Doğma Mahnılar

guitar chords lyrics

Orxan Zeynallı

Album : Yaş GəlirPlayStop

Yenə də sıxır şəhər, hər yeni nəfəsiylə
Təəccübləndirir qoca yaşamaq həvəsiylə
Cizgilər niə cavan qalsın ruh qocalıbsa

Həyatdan nə hədiyyə gözləyim, məndən borc alıbsa
Bağlanıbsa üzümə qapılar pəncərələr
Sevgilər qalır burda, tərk edir öncə illər
Sən zəng elədin mən donub qaldım
Sən əlimi istədin mən qanad çaldım
Ruh bədəndən bezir, adını ölüm qoyurlar
Gözünü açıb yumursan, adını ömür qoyurlar
Sənin zamanıvı xərclərib səninlə vaxt keçirirlər
Həyatına daxil olurlar, hələ bir şah seçilirlər
Dağılacaq mı arzular, əgər dağılsa dünya
Yatmamışdan öncə danışılan nağılsa dünya
Oyanmaq istəmirəm, gəl qalaq duyğularda

Dağılacaq mı arzular, əgər dağılsa dünya
Yatmamışdan öncə danışılan nağılsa dünya
Oyanmaq istəmirəm, gəl qalaq duyğularda
Sevgini xoşbəxtliyi, gəl tapaq mahnılarda
Hər səhər mən gözləyirəm
Bir bulud tək, ağlaram, hardasan?!
Bu həyatda sevgilərdən uzaqdayam mən.
Mən sevirəm mahnılarda.
2-ciİllər keçsə də, sənə hisslərim eyni qalır
Məni tərk etdiyin gündən bu günə sehir qalıb
Sənə yazılmış mahnılardan artıq özüm bezmişəm
Mahnılar həyatdısa gör nə qədər həyat gəzmişəm
Bu şəhər uzaqlaşır, artıq üfüqdən itir
Burdakı həyata çəkirəm xətt şəfəqdən iti
Qərb tərəfimdə qəlbdi mən geridə qalmışam
Həyat davam edir gedir, mənsə hələdə qalmışam
Suallar da artıq yox ki səbəbkar sayılsın
Necə səs salım hisslərmin bəlkə yarsı ayılsın
Addığım səhv addımların, kaş ki hər izi yayılsın
Geriyə dönsəm bir gün yadıma düşməyəsən
Bir neçə söz bir neçə not və gözəldi dünya
Bir neçə milyon insandan bezərdi dünya
Bir neçə sevdiyin insanla qal duyğularda
Yaxşı ki başqa cürdü həyat doğma mahnılarda

Like us on Facebook.....
-> Loading Time :0.0040 sec