Ağ Atlı Şəhzadə Lyrics & Tabs by Qaraqan

Ağ Atlı Şəhzadə

guitar chords lyrics

Qaraqan

Album : Qısa Qapanma rap PlayStop

Səni ilk dəfə görəndə anladım sevirəm mən.
Bunu sirr kimi içimdə saxladım gizlicə mən.
Mənim qəlbimdə yenə xəyallar, yenə sən və mən, yenə buludlar

Mənim sərkərdəm, mənim şəhzadəm, olmur unutmaq, səni unutmaq...
Mən deyiləm ağ atlı şəhazdə, yoxdu mavi gözlərim
Mən deyiləm tərbiyəli oğlan, mən oğlu tozlu küçələrin
Mən deyiləm prokuror oğlu, işləmirəm neft şirkətində
Mən deyiləm чёрный пояс, yoxdu heç ehtiyyat kəmərim də
Deyiləm pullu, deyiləm varlı, yoxdu BPdə ofisim
Mən hamı kimi kiçik bir nöqtəsində bu megapolisin
Mən deyiləm nümunə. Geyim tərzim qəribə, gülməli
Mən deyiləm uzun ömürlü, mənim kimilər cavan ölməli
Mən çox kobud və soyuq, bəyənməz valideyinlərin
Mən çox qürurlu və tərs, çəkirəm özümə problemləri
Mən deyiləm ideal ər, yoxdu qarnım, bığım, qalstukum

Mən çox kobud və soyuq, bəyənməz valideyinlərin
Mən çox qürurlu və tərs, çəkirəm özümə problemləri
Mən deyiləm ideal ər, yoxdu qarnım, bığım, qalstukum
Mən deyiləm ideal ər, yoxdu nə Porschem, nə Lexusum
Sənə söz vermirəm ki, olacam uşaqlara nümunəvi
Mən deyiləm Mary Poppins, deyiləm ev qaydaları dəftəri
Mən adi rapçiyəm, amma sən buna görə utanma
Cavanlıqda rapçi olanlardan biri Barack Obama, yaw!
Səni ilk dəfə görəndə anladım sevirəm mən.
Bunu sirr kimi içimdə saxladım gizlicə mən.
Mənim qəlbimdə yenə xəyallar, yenə sən və mən, yenə buludlar
Mənim sərkərdəm, mənim şəhzadəm, olmur unutmaq, səni unutmaq...
Sevmə məni, rəfiqələrini eliyəcəm sənə düşmən
Axı mən nəs rəqəməm, deməli burda var düşər-düşməz
Axı mən tərs adamam, çünki üzürəm axının əksinə
Gülürəm toylarda mən bəylə gəlin rəqsinə
Mən deyiləm ideal ər ki, qəzet oxuyum, bir də içim çay
Mən deyiləm ideal ər, göndərim güllər və qızıllar
Mən deyiləm ev heyvanı, Əhilləşmir vəhşilər
Mənim azadlığım birinci, sonra gəlir sevgilər
Mənim həyat tərzim təhlükəli və doludu şayiələrlə
Mənim baxçam olub küçə, böyüməmişəm dayələrlə
Söz vermirəm nəvələri, nəticələri, ama söz verirəm macəra təhlükələri
Mən deyiləm gülərüz, deyillər dəlidi, deyiləm!
Deyirəm qafiyə xətrinə dərdi, deyirəm
Deyiləm Vincent Cassel, geyinmirəm Gucci
Amma sən də deyilsən Monica Bellucci, yaw!
Səni ilk dəfə görəndə anladım sevirəm mən.
Bunu sirr kimi içimdə saxladım gizlicə mən.
Mənim qəlbimdə yenə xəyallar, yenə sən və mən, yenə buludlar
Mənim sərkərdəm, mənim şəhzadəm, olmur unutmaq, səni unutmaq...

Like us on Facebook.....
-> Loading Time :0.0083 sec